İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi təsdiqləndi - SƏRƏNCAM

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi təsdiqləndi - SƏRƏNCAM

Hazırda oxunan: İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi təsdiqləndi - SƏRƏNCAM
100520
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. 

Fərmana əsasən, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 100 000 (bir yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. 

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə Agentliyin dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etmək, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər gömək tapşırılıb. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO