Ərdoğan: “Azərbaycan qəhrəmanlıq dastanından sonra, indi də Qarabağda inkişaf dastanı yazır”

Ərdoğan: “Azərbaycan qəhrəmanlıq dastanından sonra, indi də Qarabağda inkişaf dastanı yazır”

Hazırda oxunan: Ərdoğan: “Azərbaycan qəhrəmanlıq dastanından sonra, indi də Qarabağda inkişaf dastanı yazır”
100388
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, küllərindən doğaraq yenidən ayağa qalxır. Zəngilanda açılışını etdiyimiz beynəlxalq hava limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm layihədə türk şirkətlərinin də rol alması bizim üçün ayrıca iftixar mənbəyidir”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib. 

“Dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir.

Viadukları, körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir. Biz bunları indi yaşayırıq, görürük”, - deyə Türkiyə Prezidenti qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO