Qorillanın ilk tibbi müayinəsi – Əlindən tutub üzərinə yorğan örtdülər – VİDEO

Qorillanın ilk tibbi müayinəsi – Əlindən tutub üzərinə yorğan örtdülər – VİDEO

Hazırda oxunan: Qorillanın ilk tibbi müayinəsi – Əlindən tutub üzərinə yorğan örtdülər – VİDEO
637514
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-da “Disney’s Animal Kingdom” parkının yeni qorilla lideri Bakari ilk tibbi müayinədən keçirilib. Müayinə zamanı heyvanlara qulluq edən əməkdaşların qorillanın əlindən tutması və üzərinə yorğan örtməsi diqqət çəkib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı erkək qorilla mütəmadi sağlamlıq yoxlanışından keçirilib.

Müayinə zamanı Bakariyə rentgen və digər tibbi yoxlamalar aparılıb. Heyvanlara qulluq edən əməkdaşlardan biri onun əlindən tutaraq yanında olub, digər görüntüdə isə qorillanın üzərinin yorğanla örtüldüyü əks olunub.

Maraqlısı odur ki, parkın ziyarətçiləri də müayinəni xüsusi pəncərədən izləyə biliblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO