
- A-
- A
- A+
Multimedia
10:17 / 03.08.2026
1 dəq oxunma
İndoneziyada sərnişin bərəsi yandı: 5 nəfər ölüb, 41 nəfər itkin düşüb – VİDEO
Hazırda oxunan: İndoneziyada sərnişin bərəsi yandı: 5 nəfər ölüb, 41 nəfər itkin düşüb – VİDEO
628988
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İndoneziyanın Madura adası sahillərində «MP Mutiara Sentosa 2» adlı sərnişin bərəsi yanıb.
Bizim.Media xəbər verir ki, hadisə zamanı gəminin kapitanı yanğın barədə operator şirkətinə məlumat verə bilib, lakin qısa müddət sonra bərə ilə əlaqə kəsilib.
Milli Axtarış və Xilasetmə Agentliyinin (Basarnas) məlumatına görə, gəmidə sərnişinlər və ekipaj üzvləri daxil olmaqla ümumilikdə 271 nəfər olub.
Xilasetmə əməliyyatı nəticəsində 225 nəfər sağ çıxarılıb. Onların bir çoxu alovdan və sıx tüstüdən xilas olmaq üçün suya tullanmağa məcbur olub.
İlkin məlumata görə, 5 nəfərin öldüyü təsdiqlənib, daha 41 nəfər isə itkin düşmüş hesab olunur. Xilasetmə işləri davam etdirilir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































