İspaniya tarixində ən böyük yanğın: 3 bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

İspaniya tarixində ən böyük yanğın: 3 bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

Hazırda oxunan: İspaniya tarixində ən böyük yanğın: 3 bölgədə fövqəladə vəziyyət elan edildi - VİDEO

627730

İspaniyanın Avila əyalətində tüğyan edən meşə yanğını ölkədə müşahidələr tarixinin ən irimiqyaslı fəlakəti kimi qiymətləndirilir.

Bizim.Media xəbər verir ki, bu barədə "La Sexta" telekanalı məlumat yayıb.
 

Belə ki, alovlanan ərazinin sahəsi təqribən 50 min hektar təşkil edib. Yanğınlar, həmçinin Toledo əyalətini və Madrid muxtar birliyini də bürüyüb. Üç fərqli bölgədəki yanğınların ümumi sahəsi 77 min hektara çatıb.


Təhlükəsizlik tədbirləri çərçivəsində onminlərlə insan təxliyə olunub. Bir sıra avtomobil yollarında hərəkət hələ də məhdudlaşdırılıb.

Bir müddət əvvəl ölkə rəhbərliyi meşə yanğınları ilə əlaqədar yaranmış vəziyyətə görə Madrid muxtar birliyində, eləcə də Avila və Toledo əyalətlərində fövqəladə vəziyyət rejimi elan edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO