Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Qara dənizdə Panama bayrağı altında üzən Türkiyəyə məxsus "VICTRESS" yük gəmisinə zərbə endirib. Göyərtəsində Misir, Türkiyə və Hindistan vətəndaşlarından ibarət 9 nəfərlik heyət üzvü olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) mətbuat xidməti məlumat yayıb.
"Bölgədəki mürəkkəb vəziyyəti və yanğının daha da genişlənmə təhlükəsini nəzərə alaraq, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin kater heyətləri tərəfindən yük gəmisinin heyətinin təxliyəsi üzrə uğurlu xilasetmə əməliyyatı keçirilib. Təəssüf ki, heyət üzvləri arasında ölənlər var", – deyə Ukrayna HDQ-nin bəyanatında bildirilir.
Bizim.Media

































































































