Novxanıda ƏMƏLİYYAT – Gizli narkobunker belə aşkarlandı – VİDEO

Novxanıda ƏMƏLİYYAT – Gizli narkobunker belə aşkarlandı – VİDEO

Hazırda oxunan: Novxanıda ƏMƏLİYYAT – Gizli narkobunker belə aşkarlandı – VİDEO
618005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunun Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, onun yaşadığı ünvana və həyətyanı sahəsində yerin altında hazırladığı gizli bunkerə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 11 kiloqramdan artıq olan 209 ədəd çətənə kolu, həmçinin 2 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
 

Araşdırmalar zamanı müəyyən edilib ki, E.Qurbanov bunkerə xüsusi havalandırma, işıqlandırma və istilik sistemləri quraşdıraraq çətənə bitkilərinin yetişdirilməsi üçün münbit şərait yaradıb.


Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO