Xabarovsk vilayətində ayı insana hücum etdi - ANBAAN VİDEO

Xabarovsk vilayətində ayı insana hücum etdi - ANBAAN VİDEO

Hazırda oxunan: Xabarovsk vilayətində ayı insana hücum etdi - ANBAAN VİDEO
617724
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xabarovsk şəhərindən 9,5 kilometr məsafədə yerləşən Topolevo kəndində qonur ayı bir saatdan çox küçələrdə gəzişərək yerli sakinləri qorxu altında saxlayıb.

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, kəndin çıxışında hərəkət edən vəhşi heyvan qəfildən yaxınlıqdakı yerli sakinə tərəf qaçaraq ona hücum etməyə cəhd göstərib.
 

Təhlükəsizlik kameralarına düşən görüntülərə görə, həmin şəxs soyuqqanlılığını itirməyərək qışqırmaqla ayını hürkütməyi bacarıb, daha sonra isə boru kəmərinin üzərinə çıxıb. İnsanın sərt reaksiyasından qorxan ayı geri çəkilərək qaçıb.


Kənd sakinləri bildiriblər ki, bu ayı artıq bir aydır bölgədə müntəzəm olaraq görünür və bundan əvvəl Çistopolye, eləcə də Mirnoye kəndlərinə "qonaq gedib".

Topolevodakı insidentdən sonra yırtıcı heyvan bir neçə avtomobil yolunu keçərək birbaşa Xabarovsk şəhərinin daxilinə ("Xabarovsk-2" rayonu və Qorki küçəsi istiqamətinə) doğru hərəkət edib və ordakı hasarların üzərindən tullanaraq gözdən itib. Hazırda vəhşi heyvanların tutulması üzrə ixtisaslaşmış mütəxəssislər və ovçular ayının izi ilə gedərək onun zərərsizləşdirilməsi üçün əməliyyat keçirirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO