Ukraynalı jurnalistin sualı Lukaşenkonu hirsləndirdi: “Ehtiyatlı ol, burda onun əri oturub” - VİDEO

Ukraynalı jurnalistin sualı Lukaşenkonu hirsləndirdi: “Ehtiyatlı ol, burda onun əri oturub” - VİDEO

Hazırda oxunan: Ukraynalı jurnalistin sualı Lukaşenkonu hirsləndirdi: “Ehtiyatlı ol, burda onun əri oturub” - VİDEO
31901
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Belarus prezidenti Aleksandr Lukaşenkonun “Prezidentlə böyük söhbət” layihəsi çərçivəsində jurnalistlər, ictimaiyyət nümayəndələri və ekspertlərlə görüşü zamanı kuryoz hadisə baş verib.

Belə ki, ukraynalı jurnalistin “Bizdə prezidentin mətbuat xidmətinin rəhbərliyində qadının (iyulun 9-da vəzifədən çıxarılan Yuluya Mendel nəzərdə tutulur) işləməsi heç də uğurlu alınmadı?

Sizdə deyəsən hər şey başqa cürdür” fikrinə Lukaşenko gülərək cavab verib.

Bizim.Media xəbər verir ki, bu haqda video “Pul pervoqo” Telegram kanalında yayılıb.

Lukaşenko deyib ki, əslində elə bizdə də sizdəki kimidir. Jurnalist bu zaman onun sözünü kəsərək “Siz bu vəzifəyə strateji baxımdan düzgün yanaşırsınız” deyib.

“Ehtiyatlı ol, burda onun əri oturub”. Belarus lideri azca da olsa hirslənib. Jurnalist isə “Narahat olmayın, mən namizəd deyiləm” cavabını verib.

“Mətbuat xidmətinin rəhbəri Natalya Eysmontun əri İvan möhkəm və ailəcanlı oğlandır”.

Lukaşenko bu sözləri dedikdən sonra İvan ayağa qalxır. Jurnalist fikrini belə tamamlayır:

“Yəqin siz Vladimir Zelenskinin Yuliya Mendel ilə əlaqəsini eşitmisiniz. Siz öz xanımınızı qısqanmırsınız?”. İvan isə təmkinlə “Xeyr, mən heç bir şaiyəyə inanmıram” deyərək bu mövzuya son qoyub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO