Bu kənddə eyni məzarda bir neçə nəfər dəfn olunur - VİDEO

Bu kənddə eyni məzarda bir neçə nəfər dəfn olunur - VİDEO

Hazırda oxunan: Bu kənddə eyni məzarda bir neçə nəfər dəfn olunur - VİDEO
235404
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Deyirlər ki, insan torpaqdan gəlib, torpağa da qayıdır. Ancaq bəzi yerlərdə bu qayıdış fərqli bir mənaya sahibdir. Ordubad rayonunun Gənzə kəndindəki qədim ənənəyə görə, müəyyən vaxt keçdikdən sonra insan öləndə öz yaxınının məzarında dəfn edilir. 

Bizim.Media xəbər verir ki, bu, sadəcə dəfn adəti deyil, həm də kənd sakinlərinin ölümə və həyata baxışı, ruhən də bir yerdə olmağın simvoludur. 

Burada müxtəlif vaxtlarda vəfat edən ailə üzvləri və qan qohumları eyni məzarda dəfn olunurlar. Bu adət kənddə lap qədimdən mövcuddur. 

Bunun müəyyən dini asaslarının olduğu izah edilir. Hazırda kənddə bu cür dəfnlər vəfat edən şəxsin vəsiyyətinə əsasən həyata keçirilir. Vəsiyyətlər isə ailə dəyərləri və dini inanclara əsaslanır. Ancaq bunun da müəyyən qaydaları var. 
 

Gənzə kənd axundu Seyfəddin İsmayılovun sözlərinə görə, şərtə əsasən, əvvəlki dəfnin üzərindən heç olmasa bir qərinə ötməlidir. Yəni, həmin qəbirdə əvvəlki meyitdən əsər-əlamət qalmadığı təqdirdə orada yenidən dəfn prosesi icra etmək mümkündür. 


Daha ətraflı “Naxcivantv”nin videomaterialında: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO