Portuqaliya fermalarında köləlik - VİDEO

Hazırda oxunan: Portuqaliya fermalarında köləlik - VİDEO

20444

Pandemiya işgüzar miqrasiyadakı problemləri dərinləşdirir. Portuqaliyanın Alenteju vilayətində insan alveri işini araşdıran polislər fermalardan birinə baxış keçirib.

Bizim.Media “euronews”a istinadən xəbər verir ki, baxış zamanı antisanitar şəraitdə yaşayan 50 leqal olmayan işçi tapılıb. 

İşçiləri turizm kompleksi olan “Zmar”a yerləşdiriblər. Mehmanxanın sahibi olan qadın bildirib ki, “biz bu insanları dəstəkləyirik. Amma hadisələrin belə inkişaf edəcəyini təxmin etmirdik. Hər şeydə anlaşmaq lazımdır və bu insanlar dövlətin nəzarətində olan məkana köçürülməlidir”.

Portuqaliyanın Miqrasiya Xidmətinin məlumatına görə, ötən il bu vilayətin təkcə Odemira qəsəbəsində 10 min miqrant çalışıb. Onların əksəriyyəti isə Hindistan və Nepal vətəndaşlarıdır. 

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO