Xaçmazda meşə yanğını SÖNDÜRÜLDÜ - VİDEO

Xaçmazda meşə yanğını SÖNDÜRÜLDÜ - VİDEO

Hazırda oxunan: Xaçmazda meşə yanğını SÖNDÜRÜLDÜ - VİDEO

147774

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Aslanoba kəndində yerləşən biçilmiş taxıl sahəsi və yaxınlıqdakı meşə ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə və digər əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 2ha biçilmiş taxıl sahəsi və 1ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik ərazi və ətrafdakı əkin sahələri yanğından mühafizə olunub.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO