
- A-
- A
- A+
Mədəniyyət
22:19 / 29.09.2015
1 dəq oxunma
"Cəbiş müəllim"in 100 illik yubileyi qeyd olunacaq
Hazırda oxunan: "Cəbiş müəllim"in 100 illik yubileyi qeyd olunacaq
98043
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mərhum aktyoru, xalq artisti, tamaşaçıların sevimli teatr və kino sənətkarı Süleyman Ələsgərovun 100 illik yubileyi keçiriləcək.
"Report" xəbər verir ki, yubiley tədbiri oktyabrın 15-də Süleyman Ələsgərovun doğma teatrında keçiriləcək.
Yubiley mərasimində Süleyman Ələsgərovun sənət dostları, doğmaları iştirak edəcək.
Qeyd edək ki, Süleyman Ağababa oğlu Ələsgərov 1915-ci ildə Bakıda anadan olub.
Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933- cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.
Tamaşaçıların "Bizim Cəbiş müəllim" filmindən yaxşı tanıdığı Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrının veteranlarından sayılıb. Belə ki, aktyor bu sənət ocağında fasiləsiz olaraq xa063 il səhnəyə çıxıb. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. 83 xa0yaşında da səhnədə canlı, dinamik və təravətli görünüb. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.
Xalq artisti Süleyman Ələsgərov 1998-ci il dekabrın 10-da vəfat edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































