Heydər Əliyev Mərkəzində “Dünya xəzinələri - Azərbaycan” filminin premyerası olacaq - VİDEO

Heydər Əliyev Mərkəzində “Dünya xəzinələri - Azərbaycan” filminin premyerası olacaq - VİDEO

Hazırda oxunan: Heydər Əliyev Mərkəzində “Dünya xəzinələri - Azərbaycan” filminin premyerası olacaq - VİDEO
96416
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Heydər Əliyev Mərkəzində “Dünya xəzinələri - Azərbaycan” (“Treasures of the World – Azerbaijan”) filminin premyerası olacaq.

Heydər Əliyev Fondundan Bizim.Media-ya verilən məlumata görə, film Heydər Əliyev Fondu və bp şirkətinin birgə tərəfdaşlığı, Böyük Britaniyanın “Sandstone Global Productions” şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə hazırlanıb.

Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixini, mədəni xəzinələrini təqdim edən film Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliğinə yönəlib.
Filmin müəllifi, tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı professor Bettani Hyuzdur (Bettany Hughes).

Heydər Əliyev Fondu və bp Azərbaycan auditoriyası üçün filmin Azərbaycan və ingilis dillərində 60 dəqiqəlik tam versiyasını da hazırlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO