Xalq artistinin qızı: “Atamın səhhəti pisləşib, ayaqları tutulub” - ÖZƏL 

Xalq artistinin qızı: “Atamın səhhəti pisləşib, ayaqları tutulub” - ÖZƏL 

Hazırda oxunan: Xalq artistinin qızı: “Atamın səhhəti pisləşib, ayaqları tutulub” - ÖZƏL 
96052
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Həkimin atamın müalicəsi üçün yazdığı sistemlər və iynələrin hamısını vurduqduq. Hazırda ancaq həb qəbul edir. İki gün əvvəl o özünü ötən günlərdən fərqli olaraq daha gümrah, daha yaxşı hiss edirdi. Sanki gözləri açılmışdı. Amma ailəmizdə cavan yaşda yaxınımızın qəfil vəfatı atamın səhhətini pisləşdirdi. Artıq iki gündür ki, o, özünü pis hiss edir. Xəstəliyi sanki yenidən baş qaldırıb”.  

Bu sözləri Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova Bizim.Media-nın əməkdaşı ilə söhbətində açıqlayıb.  

Sənətkarın qızı atasının səhhətinin yenidən pisləşdiyini dilə gətirib: 

“İtki xəbəri atama çox pis təsir edib. Hələ də atam bu itki ilə barışa bilmir. Səhhəti pisləşib. Tez-tez başı hərlənir. Ayaqları da yer tutmur, əsa ilə gəzir. Sistemlərdən və iynələrdən atamın bədəni deşik-deşikdir. Preparatlar onu ayağa qaldırsa da, lakin əks təsirsiz ötüşmür. Onlar birbaşa böyrəklərə və qara ciyərə mənfi təsir göstərir.  

Böyrəklərində dörd kistası var. Bu da digər xəstəliklərə yol açır. İştahası kəsilib. Güclə yemək yeyir”.  

Ə.Həsənovun qızı bildirib ki, “TƏBİB” və Mədəniyyət Nazirliyi atasının səhhəti ilə maraqlanmır.

“Hər iki qurum düşünür ki, atam artıq sağaldı və hər şey yaxşıdır. Xeyr, bu belə deyil. Atamın hələ də səhhətində problemlər var. O, özünü yalnız hiss edir. Atamın dəstəyə ehtiyacı var”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO