"Yad.Daş" nümayiş olundu

Hazırda oxunan: "Yad.Daş" nümayiş olundu
70918
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bu gün saat 18.00-da Azərbaycan Dövlət YUÄž Teatrında Xocalı faciəsinin 23-cü ildönümü münasibəti ilə Qarabağ müharibəsindən bəhs edən “Yad.Daş”x9d tamaşası nümayiş olunub. Ülviyyə Heydərovanın ədəbi mətni əsasında hazırlanan tamaşa verbatim formasında təqdim olunub. Tərlan Ənginin quruluşunda səhnə həyatı qazanan tamaşada YUÄž Dövlət Teatrının aktyorları Amid Qasımov, ƏR-Toğrul Kamalov, Elgün Həmidov və Könül Cəfərzadə çıxış edirlər.

Tamaşa Xocalıda soyqırımının qurbanlarının əziz xatirəsinə həsr olunub.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən Xocalı hücum edildi və orada genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Odur ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.

Xocalı soyqırımı təkcə Azərbaycan deyil, bəşər tarixində törədilmiş ən qatı vəhşilik aktıdır, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO