Bir əsrdən çoxdur dünyanı ələ alıb – Ənənələrə meydan oxuyan cərəyan

Bir əsrdən çoxdur dünyanı ələ alıb – Ənənələrə meydan oxuyan cərəyan

Hazırda oxunan: Bir əsrdən çoxdur dünyanı ələ alıb – Ənənələrə meydan oxuyan cərəyan

618385

XIX əsrin sonu, XX əsrin əvvəllərində meydana gəlmiş, ədəbiyyat, incəsənət, memarlıqda köklü dəyişikliklərə səbəb olmuş modernizm sadəcə kulturoloji  cərəyan deyildi, həm də fəlsəfədə yenilik oldu. Bu cərəyan ənənəvi düşüncə və yaradıcılıq formalarına qarşı çıxaraq yenilik, fərdiyyəti ön plana çəkir. Bu gün – 10 iyun Beynəlxalq Modernizm Günündə bu cərəyanın tarixinə göz ataq:

Modernizm necə yarandı?

Sənaye inqilabı, elmi-texniki tərəqqi, şəhərləşmə və ictimai dəyişikliklər modernizmin formalaşmasına güclü təsir göstərdi. Fabriklərin, dəmir yollarının və yeni texnologiyaların yayılması insanların həyat tərzini kökündən dəyişdirdi. Kənd həyatından şəhər həyatına keçid yeni sosial problemlər və təcrübələr yaratdı.
 

Digər tərəfdən də Çarlz Darvinin təkamül nəzəriyyəsi ənənəvi dini və fəlsəfi baxışları sarsıtdı. İnsanlar dünyaya daha tənqidi və rasional yanaşmağa başladılar. Onunla yanaşı Fridrix Nitşe, Ziqmund Freyd kimi mütəfəkkirlərin ideyaları insan şüuru, fərdiyyət və dəyərlər haqqında yeni baxışlar ortaya qoydu.


Digər tərəfdən I Dünya Müharibəsi Avropada mövcud dəyərlərə olan inamı zəiflətdi. Sənətkarlar və yazıçılar köhnə dünyagörüşünü sorğulamağa başladılar. Ədiblər (Ceyms Coys, Virciniya Vulf, Frans Kafka) şüur axını, daxili monoloq və parçalanmış həyat anlayışından istifadə etdilər.

Rəssamlar və memarlar da ənənəvi qaydalardan imtina etdilər.

Pablo Pikasso kubizmi inkişaf etdirdi. Vasili Kandinski abstrakt sənətin öncüllərindən oldu.
Şərqdə isə modernizm Qərbdəkindən fərqli olaraq tamamilə ənənələrdən qopmağa deyil, klassika ilə yeniliyi uzlaşdırmağa çalışırdı.
 

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şərq ölkələrində modernizm maarifçilik, islahatçılıq və milli oyanış ideyaları ilə sıx bağlı idi. Yazıçılar və ziyalılar cəmiyyətin inkişafı üçün elmə, təhsilə və müasir düşüncəyə önəm verərkən, milli-mədəni dəyərlərin qorunmasını da vacib hesab edirdilər.


Azərbaycan və ümumilikdə müsəlman Şərqində modernist fikirlərin yayılmasında Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə kimi ziyalıların mühüm rolu olub. Onlar köhnə düşüncə tərzini tənqid edir, cəmiyyətin yenilənməsini müdafiə edirdilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO