Opera tamaşalarında səslənmə niyə pozulur? – Teatrdan AÇIQLAMA

Opera tamaşalarında səslənmə niyə pozulur? – Teatrdan AÇIQLAMA

Hazırda oxunan: Opera tamaşalarında səslənmə niyə pozulur? – Teatrdan AÇIQLAMA
600057
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı təmirə dayandığı üçün teatrın repertuar tamaşaları paytaxtın müxtəlif səhnələrində təqdim olunur. Opera və baletlərin nümayiş olunduğu məkanlardan biri də Heydər Əliyev Sarayıdır. Lakin bəzi tamaşalarda səslənmə həmişə uğurlu olmur.

Yanvar ayında Heydər Əliyev Sarayında nümayiş olunan “Leyli və Məcnun”, martın 3-də təqdim olunan “Nəsimi” operasında səslənmədə problem yaşanıb. Belə ki, bəzi, xüsusilə hərəkət tələb edən səhnələrdə səs qırılıb.

Belə mənzərənin yaranması ilə bağlı Teatrdan Bizim.Media-ya bildirilib ki, Opera və Balet Teatrında opera və balet tamaşaları mikrafonsuz təqdim olunur.
 

“Heydər Əliyev Sarayı və digər səhnələr isə xüsusi olaraq opera üçün nəzərdə tutulmadığından və zal tutumu nəzərə alınaraq mikrafondan istifadə olunur. Dinamik səhnələrdə belə halların yaşanması baş verir”.


Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının əsası XX əsrin əvvəllərində qoyulub. Belə ki, 1910-cu ildə Bakı milyonçuları, Mayılov qardaşlarının təşəbbüsü ilə binanın tikintisinə başlanılıb.

Cəmi 10 ay ərzində-1910-1911-ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi binanın tikintisi yekunlaşıb. Teatr sonuncu dəfə əsaslı surətdə 1987-ci ildə təmir olunub. 2022-ci il may ayından isə Teatr təmir olunur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO