Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO

Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO

Hazırda oxunan: Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO
234549
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bəxtiyar Vahabzadənin vəfatından 16 il ötür .

Bu il həm də Türk dünyasının böyük şairinin anadan olmasının 100 illiyi tamam olur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycanın Xalq şairi, ilk ən Ali -istiqlal ordeninə layiq görülən Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri sayılır.

Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO - foto 8

Azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verən Bəxtiyar Vahabzadə 2009-cu ilin 13 fevralında dünyasını dəyişib.

Vəfatından illər ötsə də o hər zaman dərin ehtiram və böyük sayğı ilə anılır. Bu gün olduğu kimi...

Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO - foto 9

Şairin doğulub boya-başa çatdığı Şəkidə adına park və ata yurdunda ev muzeyi fəaliyyət göstərir. Bu günlər rayon ictimaiyyəti, ziyalılar şəhərin mərkəzində yerləşən parkdakı abidəni ziyarət edir, önünə tər-çiçəklər düzürlər.

Eyni zamanda şairin ev muzeyində anım tədbiri, ədəbi-bədii məclislər təşkil olunur.

Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO - foto 10

Ev muzeyin direktoru, Bəxtiyar Vahabzadə yaradıcılığının tədqiqatçısı Elşən Zəkəriyyəbəyli Bizim.Media-ya bildirib ki, muzey 3 otaqdan və 980 eksponatdan ibarətdir. Səksəndən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan Bəxtiyar Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.

Yeri gəkmişkən, bu il həm də böyük şairin 100 illik yubleyinə hazırlıqlar görülür, il boyu keçiriləcək tədbirlərin, görüşlərin vaxtı və yeri müəyyənləşdirilir. Elşən müəllimin sözlərinə görə ölkəmizdə fəaliyyət göstərən türkdilli ölkələrin səfirlikləri ilə həmçinin TÜRKSOY çərçivəsində bir sıra layihələr həyata keçiriləcək.

Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO - foto 11

Səhər saatlarından şairin ev muzeyinə ziyarətçi axını başlayıb. Gün ərzində tədbirlər davam edəcək.

Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO - foto 1
Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO - foto 2
Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO - foto 3
Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO - foto 4
Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO - foto 5
Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO - foto 6
Türk dünyası şairinin anadan olmasının 100 illiyinə HAZIRLIQ görülür – FOTO - foto 7


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO