
- A-
- A
- A+
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq – Səmada möhtəşəm şou
Yaxın günlərdə astronomiya həvəskarlarını bir neçə möhtəşəm səma hadisəsi gözləyir.
Bizim.Media "Forbes" nəşrinə istinadən xəbər verir ki, noyabrın 7-si səhər saatlarında Ay və Venera planeti bir-birinə maksimum dərəcədə yaxınlaşacaq.
Göy cisimləri bir-birindən bir dərəcədən də az məsafədə yerləşəcəklər. Bu, 2026-cı ildə iki səma cismi arasında baş verən ən yaxınlaşma olacaq.
Qeyd edək ki, artıq noyabrın 6-da səhər saatlarında Veneranı Ayın təxminən 8% işıqlanan nazik hilalının yanında müşahidə etmək mümkün olub. Səma hadisəsini izləmək üçün şərq və cənub-şərq istiqamətində açıq üfüq xətti tələb olunur.
Ən gözəl mənzərə isə noyabrın 7-də gözlənilir. Mütəxəssislər bu mənzərəni Günəşin doğmasından təxminən 45 dəqiqə əvvəl izləməyi tövsiyə edirlər.
Önümüzdəki həftələrdə digər astronomik hadisələr də baş verəcək:
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































