
- A-
- A
- A+
Mədəniyyət
14:52 / 13.07.2018
1 dəq oxunma
Beynəlxalq Türk Akademiyasının nümayəndələri Aşıq Şəmşir Muzeyində - FOTOLAR
Hazırda oxunan: Beynəlxalq Türk Akademiyasının nümayəndələri Aşıq Şəmşir Muzeyində - FOTOLAR
232682
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda səfərdə olan Beynəlxalq Türk Akademiyasının katibliyinin rəhbəri Asqat Keşikbay və qurumun əməkdaşı Füzuli Məcildi Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyində olublar.

Görüşdə İB-in sədr müavini Həbib Misirov XX əsr Azərbaycan aşıq sənətinin ustadı, Türk dünyasının klassik aşığı Dədə Şəmşirin həyat yolu, yaradıcılığı haqqında qonaqlara ətraflı məlumat verib. Bildirib ki, bu il Azərbaycan Prezidentinin sərəncamı ilə 125 illik yubileyi keçirilən Aşıq Şəmşirin irsinin təbliği işə bağlı silsilə tədbirlər keçirilir.

H.Misirov həmçinin, Aşıq Şəmşir Mədəniyyət Ocağının milli, mənəvi dəyərlərin qorunması üçün həyata keçirdiyi layihələrdən danışıb. Geniş məlumat üçün təşəkkür edən qonaqlar İB ilə əməkdaşlıq imkanları, birgə tədbirlərin keçirilməsi haqda fikirlərini bölüşüblər.
Sonra qonaqlar Ocağın nəzdində fəaliyyət göstərən Aşıq Şəmşir Muzeyi ilə tanış olublar. Muzeydə Aşıq Şəmşir yaradıcılığı, eyni zamanda, qədim aşıq sənəti, Azərbaycan dövlətinin bu sahəyə qayğısını əks etdirən eksponatları maraqla izləyiblər.
Görüşdə “Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İB-nin sədri Aqil Camal və tanınmız jurnalist Aida Eyvazlı da iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































