"Üzeyir ömrü" adlı tədbir keçirilib

Hazırda oxunan: "Üzeyir ömrü" adlı tədbir keçirilib
151931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moderator.az Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda Şəhər Mədəniyyət Evində 18 sentyabr Milli Musiqi qünü və dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi münasibətilə "Üzeyir ömrü" adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanan tədbirdə Üzeyir bəyin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.xa0

Daha sonra mədəniyyət evinin "Xəyal" instrumental ansamblının (bədii rəhbəri Allahverdi Xəyal, konsertmester Rasim Hüseynov) solistləri Mehdi Yusifzadə, Fidan Nağıyeva, Şahin Qədirsoy, özfəaliyyət kollektivinin üzvü Kamil Ağazadənin ifasında bəstəkarın romansları dinlənilib.

Meyxanaçı Ədalət Dağlının ifasında Üzəyir Hacıbəyovun xatirəsinə həsr edilmiş xa0meyxana və özfəaliyyət kollektivi üzvlərinin ifasında ədibin “O olmasın, bu olsun”x9d və “Arşın mal alan”x9d musiqili komedyaları əsasında hazırlanmış səhnələr tamaşaçılar tərəfindən maraqla qarşılanıb.xa0

Tədbirdə S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən bəstəkarın həyat və yaradıcılığını əhatə edən kitablar və dövrü mətbuat materiallarından ibarət sərgi nümayiş edilib.xa0

Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə də dahi bəstəkarın həyatı və xa0yaradıcılığı haqqında məlumat verilib, xa0opera, operettaları və digər əsərlərindən ibarət geniş konsert proqramı təqdim edilib.xa0

Xanəndələrin ifasında teatrlaşdırılmış səhnə dinləyicilər tərəfindən maraqla qarşılanıb.xa0








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO