“Kann”x9d kinofestivalının qalibi olmuş türk filmi  -

“Kann”x9d kinofestivalının qalibi olmuş türk filmi - "Yol"

Hazırda oxunan: “Kann”x9d kinofestivalının qalibi olmuş türk filmi - "Yol"

137742
Rejissorlar Şərif Görənlə Yılmaz Güneyin (Pütün) quruluş verdikləri “Yol”x9d filmi (ssenari müəllifi Yılmaz Güney.1981) ölkədə hərbi vəziyyətin hökm sürdüyü zamanlarda Qurban bayramı ərəfəsində İmralı adasındakı həbsxanadan bir həftəlik icazə ilə çıxan beş məhkumun qarşılaşdığı həyat hekayətidir. İlk epizodda həbsxanaya gələn məktubların paylanması ilə azadlığı təccəssüm xa0etdirən çılpaq atı çapan gəncin ekranda görünməsi insan azadlığı problemini xa0gündəmə gətirir. Dəmir barmaqlıqlar xa0arxasında qalan məhbuslarla göydə xa0uçan quşların paralel, mexaniki montajı ilə həbsxananın radio xa0qovşağından səslənən qadağalar altında on beş məhkumun bir həftəlik evə buraxılması mozaik süjeti canlandırır. Məhkumların Konya, Əskişəhir, Adana, Aydın,Qaziantep, Diyarbakır xa0kimi istiqamətlərə üz tutması xa0ölkənin müxtəlif tərəflərindəki sosial mühitin təqdimatına şərait yaradır. İcazə vərəqini itirdiyinə görə patrulların avtobusdan düşürdüyü, ölüm hadisəsinə görə cəza çəkən Yusifin (Tuncay Akça) qəfəsdəki bülbülü arvadı Leylaya çatdırmasını xahiş etməsi dramaturji maneəni sentimental süjetdə yaradır. Və həmən avtobusda çalıb oxumaqla dolanan uşaqların ekrana gəlişi mövzunu realist istiqamətdə davam etdirir.xa0
Atasının iki il əvvəl evləndiyi qadından bir yaşlı qardaşının olduğunu öyrənən konyalı Seyid Əlinin (Tarik Akan) uşaqlarını evdə qoyub ərinə xəyanət yolunu tutan arvadı Zineni (Şərif Sezer) qətlə xa0yetirməyə xa0qərar verməsi xa0namus probleminin həllini ənənədən doğan cahillik xa0kontekstində xa0önə xa0çəkir. Adanada zərgərlik mağazasını yarararkən polis gülləsinə tuş gələn qaynı Əzizi qoyub aradan çıxmasını arvadı Əminənin (Meral Orhonsay) bağışlamaması səbəbindən ailəsi dağılmaq ərəfəsində olan Mehmet Salihin (Halil Ergün) hekayəti isə işsizliyin hökm sürdüyü sosial mühitdə baş alıb gedən cinayətkarlığı əks etdirir. Seyid Əli ilə halallaşıb Diyarbakırda qatardan düşən Mehmetin cənazənin arxasınca gedənlərin arasından keçib üz tutduğu gecəqondularda rastlaşdığı dilənən azyaşlı uşaqlara xırda puldan əlavə onların istəyi ilə verdiyi siqaretləri balaca qızların belə tüstülətmələri sosial mühitin əcaib durumunu ekrana gətirir. Həyətdə qoyun kəsən qaynatasının və qayınlarının acıqla qarşıladığı, zorla durdurulan dəliqanlı yeniyetmənin bıçağa əl atdığı məqamda Mehmetin günahkar olduğunu həqiqəti bilmək istəyən arvadı Əminəyə bildirməsi tövbə məqamını üzə çıxarır. Atalarının gəlişinə sevinən uşaqlarının xatirinə ailəsini qoyub əri Mehmetlə məchul gələcəyə üz tutan Əminə ailəsinin qəzəbi, doğmalar arasındakı qan düşmənçiliyi motivini strukturda saxlayır.


Sərhəd yaxınlığındakı doğma kəndinə çatmaqla özünü xoşbəxt xa0sayan Ömərin (Necmettin Çobanoğlu) silahlı xa0əsgərlərlə qaçaqmalçıların üzləşməsinin şahidinə çevrilməsi xa0dramatizmi xa0atrırır. Körpələrin ağlaşmasına dözə xa0bilməyən kişilərin silahlı əsgərlərə təslim olmaları işsizlikdən doğan qanun pozuntusunu gündəmə gətirir. Gecəyarı xa0kənddə qaçaqmalçılıqla bağlı olaraq atəş səslərinin eşidilməsi kürdlərin vəziyyətinin daha acınacaqlı olmasının bildirilməsi ilə sosial problem milli xa0 mənsubiyyət istiqamətinə yönəlir. xa0Paralel montajda qarlı gündə ucqar dağ kəndinə çatan Seyid Əliyə yolundan çıxan arvadını öldürmək üçün silah verən qardaşının onu çatlamış dişin ağrısından qurtarmaq üçün yanına gətirdiyi bərbərin siniri qızmış məftillə dağlaması səhiyyənin sıfır səviyyədə olduğunu səciyyələndirir. Atlanıb qara bata-bata irəliləyən Seyid Əlinin canavarların səsini eşitdiyi məqamda digər personajla bağlı epizodun ekrana gəlişi mozaik dramaturji modeli nizamlayır. İki çarşablı qadının yanında nişanlısı Maral ilə görüşən Mövludun (Hikmet Çelik) gələcək ailəsinin ciddi şərtlərini həbsxana təfəkkürü ilə bəyan etməsi qadın azadlığının məhdudiyyətini göstərir. Yolda əldən düşüb can verən atın güllələnməsi ilə qırmızı xa0qanının xa0bəyaz qar xa0üzərinə xa0çilənməsi ilə Seyid Əlinin ulaşan canavarlarla üz-üzə xa0qalması obrazlılığı artırır. Paralel olaraq digər epizodda araq içdiyi dostlarına nişanlısı ilə tək görüşmək istədiyini bildirməklə müstəqillik istəyən Mövludun vaxtını keçirmək üçün fahişəxanaya üz tutması strukturda özünü doğrultmayan lüzumsuz süjeti gündəmə gətirir.xa0
Ayaqları zəncirlənib yalnız su ilə çörək verilməklə səkkiz ay tövlədə saxlanan Maralın xəyanətini boynuna almaqla əri Seyid Əlidən yuyunub, daranıb geyinib, oğlu Mirzə (Engin Çəlik) ilə vidalaşıb xa0ölmək istədiyini bildirməsi digər süjeti canlandırır. Son arzuları yerinə yetirilən Maralı aparıb Sancaqda qardaşına təhvil vermək istəyən Seyid Əlinin Allahın cəzasına üstünlük verməsi dini motivi qabardır. Digər epizodda uşaqlarını və Əminəni şütüyən qatarda ailəsindən uzaqlaşdıran xa0Mehmet xa0Salihin xa0imkan tapıb arvadı ilə ayaqyolunda daldalanmaqla birləşmələri məhrumiyyətin acı xa0mənzərəsinin mahiyyətini xa0yaradır. Növbəyə xa0duran sərnişinlərin hay-küyləri, xa0ağlayan uşaqların valideynlərini xa0haylamaları xa0fonunda ər”“arvadın cəzalandırılmasına kütləvi çağırışlar xa0dramatizmi karnaval estetikasında artırır. Uşaqları olsa da, kəbin kağızları olmayan günahsız Mehmetlə xa0Əminənin yol getdiyi qatara gecənin qaranlığında minən dəliqanlı yeniyetmənin açdığı atəşlərlə uşaqların ağlaması iri planda görünən fitin həyəcanı artırması sosial mühitin müdhiş mənzərəsinin növbəti obrazını xa0yaradır. Paralel olaraq Suriya sərhəddindəki doğma kəndinə sevdiyi Gülbaharı (Semra Ucar) görmək üçün gəlmiş Ömərin vaxtilə qaçaqmalçılığa gedən atasının digərləri kimi minaya düşüb ölməsini, bir çoxlarının əl-ayaqlarını itirdiyini tikanlı məftillər fonunda dilə gətirməsi işsizlik, dolanışığın yoxluğu problemini gündəmdə saxlayır.

Arvadını, oğlunu özü ilə götürüb ucsuz-bucaqsız qarlı yola çölə çıxan Seyid Alinin xəyanətkar Zinenin donub ölməsinə şərait yaratmaq istəyi dolayı yolla həyata keçirilən qətl cəhdini üzə xa0çıxarır. Seyid Əlinin ölmüş atının cəsədi ilə xa0qarşılaşan Zinenin uzaqlaşan əri və xa0oğlunu xa0gözdən keçirərək xa0“Seyid!”x9d deyə dəfələrlə hayqırması epizodun təqdimatını gücləndirir. Oğlu Mirzənin təhriki ilə xa0geri xa0qayıdan Seyid Əlinin arvadı xa0Zineni xilas xa0etmək xa0üçün xa0belinə xa0alması xa0insanlığın müvəqqəti də olsa xa0təzahürünü göstərir. Şaxtanın təsirindən dünyasını dəyişmiş Zineni xa0qayışla döyərək xa0dirilməsini xa0istəyən oğul ilə atanın cəhdləri ölümlə xa0həyat arasındakı mənzərənin dinamikasını yaradır. Digər epizoddakı sərhəd kəndində baş verən gecə döyüşündə öldürən beş nəfər arasında qardaşının cəsədini tanıyıb susan xa0Ömərin sevdiyi Gülbaharla uzaqdan-uzağa vidalaşması sınmış insan talelərinin sırasını çoxaldır. Və yerli adətə görə xa0qardaşının arvadına və dörd azyaşlı uşağına xa0sahib çıxmalı olan Ömərin yenidən həbsxanaya qayıtması problemin hələ ki, tam çözülmədiyini xa0göstərir. Seyid Əlinin oğlunun boynunu xa0qucaqlayaraq pul verməklə vidalaşması xa0səhnəsi, əslində, xa0dözülməz sosial vəziyyətin mənzərəsini göstərir.
25 dekabr 2000-ci ilin “Film”x9d dərgisindəki “Yolun”x9d “çəkiliş hekayəti”x9d məqaləsində vaxtilə yaradıcı heyətdə rejissor köməkçisi kimi işləmiş Ahmet Sonerin: “Çəkilməyən hissələrdə Battalın arvadı uşaq dünyaya gətirərkən ölür, Abbas və bütün ailəsi zəhərli qıyma səbəbindən həyatlarını itirirdilər. 250 səhifəlik orijinal ssenarinin filmə çəkilməyən digər beş məhkumun; Eskişehirli İsmail, Toros kəndlərindən Battal, Tarsuslu Abbas, Adanalı Hıdır və Mərcan tipləriydi. İsmail bayram iznində toy edib xa0evlənir və gərdəyə girirdi. Ancaq qızları olan Battalın oğlu dünyaya gəlsə də doğuş zamanı həyat yoldaşını itirirdi. Oxumağı və yazmağı bacarmayan kasıb Abbas bələdiyyənin yük maşınından oğurladığı qıyma ilə evə əliboş getməkdən xilas olsa da qıymanı yeyən bütün ailəyə, itə qədər hamısı zəhərlənirdi. Arvadları ölmüş Adanalı Hıdırla Mərcan xa0uşaqlarını görmək və həsrəti aradan qaldırmaq üçün bayram icazəsindən yararlanırdılar. Mərcan litseydə oxuyan oğlunun siyasi hadisələrə qarışdığı üçün gözaltına alındığını öyrənir, kiçik oğlunu sünnət etdirib yenidən həbsxanaya qayıdır. Övladlığa verilmiş qızının izinə düşən Hıdır manyak kimi şərlənməklə polis bölməsinə düşür. İstanbulda Mudanya xa0gəmisinin yan aldığı tərsanədə İmralıya görüşə gedən ailələrlə başlayan ssenari, xa0Mudanya körpüsü yaxınlığında bir çayxanada izindən sağ-salamat qayıdan məhbuslarla bitirdi. Ən azından üç saatlıq bir film ola biləcək Yılmaz Güneyin orijinal ssenarisi məncə yenidən lentə alınmalıdır. xa0Yılmaz Güneyin seçmiş olduğu aktyorlarla çəkilməlidir film”x9d xa0xatirəsi və təklifləri ekran əsərinin yaratdığı təlatümü səciyyələndirir. Əlbəttə ki, hazır filmdə personajların sayının azaldılması dramaturji modelin səfərbərliyinə imkan yaradır. Hazır filmdə digər epizodlar itsə də Battalın arvadının doğuş zamanı ölümünün ekranda qalması təsadüfi görünür. Ümumiyyətlə, filmin mozaik dramaturji modelindəki paralelə montaj prinsipinin təqdimatında zaman anlayışının pozulması; bir personajla bağlı epizodun təfsilatlığı; digərlərinin ötəriliyi balansı pozmaya bilmir. Bununla belə, filmin əsas göstəricisinin Avropa təfəkkürü üçün analogiyasız hadisələrlə zənginliyi kino xa0mütəxəssisləri heyrətləndirə bilir.

Tarik Akanın “Ana, başımda bit var”x9d kitabındakı: “Çəkiliş dövründə atla aramızda inanılmaz tellər yaranmışdı. Ömrümün sonuna qədər unutmayacağım çox fərqli bir dostluq yaşamışdıq. Mənə duyduğu sevgi və bağlılığı atın gözlərindən oxuyurdum. Qar fırtınasında yanıma gəlib başımı paltonun içinə soxur, gözlərini gözlərimə dikirdi. Çəkiliş zamanı üstündən düşdüyümdə burnu ilə məni itələyir, qoxulayır, sanki mənim əziyyət çəkdiyimi anlayırmış kimi üzülüb məni ovutmağa çalışırdı. Onun yüyənindən tutub çəkməyimə də ehtiyac yox idi. Çəkiliş bitən kimi arxamca düşüb məni it kimi izləyirdi. Filmə başlamazdan əvvəl “Yol”x9d filminin rejissoru Şərif Görənə “narahat olma, lazım olan səhnədə atı öldürməyə özümdə cəsarət tapa bilərəm dediyimi xatırlayıram.”x9d Atı vuracağım səhnə çəkilərkən heyvancığaza uyuşturucu iynə vuruldu, at yerə yıxıldı. İri planların hamısı çəkildi; donmuş bir əl, qızdırılmağa çalışılan bir əl, atəş aça bilməyən bir əl və atın iri planları həllini tapdı. Növbə öldürmə planının çəkilişinə gəldi. Kamera uzağa getdi, uzun bir plan çəkiləcəkdi. Əlimdəki silahda bircə güllə var idi. Baş çavuş bir güllədən artıq vermirdi. Şərif Görən “kamera!”x9d deyən kimi atın başına güllə atmalı idim. Qarların ortasında mən və yerdə yatan atım faciəvi bir şəkildə yerimizi tutduq. Kamera uzaqda hazırlananda at gözlərini açıb mənə yalvarırmış kimi baxdı. Sanki mənə doğru gəlmək istəyirdi. xa0Bu vaxt rejissor Şərif Gören “Kamera!”x9d deyə qışqırdı. Gözlədi. Burada silahımı çıxararaq atın başına atəş açmalı idim. Amma bunu edə bilmirdim. Şərif Gören “Atəş aç, Atəş aç”x9d deyə bağırırdı. “Mən bunu edə bilmərəm xa0Şərif dayan”x9d deyə səsləndim. Atın yanından ayrıldım. “ Mən bu atı öldürə bilmərəm”x9d deyərək sözlərimə davam etdim. Yaxın planla başqasının əlini çək. “Bağışla mən edə bilmərəm”x9d dedim. Yılmaz Güneyin qardaşı oğlu araya girərərk: “Mən atı öldürərəm”x9d dedi. Paltomu ona verdim. Kamera hazırlandı. Yılmaz Güneyin qardaşı oğlunun əl planı çəkildi. Silah səsi eşidildi. “At öldü, Tarık gəl dedilər.”x9dQaça ”“qaça getdim. Paltomu geyindim, daha sonrakı planlara başlamaq üçün işə başladıq. Kamera hazırlanan vaxt at yenə başını qaldırıb mənə baxdı. Ayağa qalxmağa cəhd göstərirdi. Ölməmişdi. Baş çavuşun yanına gedərək “Güllə ver, at ölməyib,”x9d dedim. Baş çavuş özünü iyrənc dərəcədə naza çəkərək yalvarda - yalvarda bir güllə verdi. “Baş çavuşum, bir-iki dənə daha ver, at can üstədir”x9d deməyimə baxmayaraq bir güllədən artığını verməyə razı olmadı. Yılmaz Güneyin qardaşı oğlu o tək gülləni də atın başına vurdu. Sonra mən təkrar səhnəyə qayıtdım. Çəkilişə başladığım zaman at yenə gözünü açdı və baxışlarıyla məni axtarırdı. Az qalırdı ki, ürəyim getsin, artıq dəli olmaq dərəcəsinə çatmışdım. Baş çavuşun yanına bir də getdim. “Güllə ver”x9d dedim. Baş çavuş, “Güllə yoxdur!”x9d dedi. O anda yaxasına yapışdım: “Sənin də, güllənin də”x9d dedim. Bölgə camaatı baş çavuşa yalvarıb ”“ yaxararaq üç güllə aldı. Yılmaz Güneyin qardaşı oğlu güllələri ata boşaltdı və bu dəfə at doğrudan da öldü. xa0Paltomu geyinərək o biri epizoda keçdik. Ssenariyə görə donmaq üzrəydim; atın qarnını kəsməli idim, əllərimi, ayaqlarımı atın qarnına soxub donma təhlükəsini bir müddət gecikdirəcəkdim. Təəssüf ki, bu səhnəni pis bir zamanda hava qaralmaq üzrə olduğu vaxtda çəkmişdik. xa0Çəkilişi səhərisi günə saxlamaq olmazdı: çünki canavarların atın cəsədini parçalayacaqlarını bilirdik. Nəticədə axşamüstü çəkilən səhnələrdə rənglər çox qatı çıxdığı üçün Yılmaz Güney “Yol”x9d xa0filmindəki bu səhnəni çıxarmaq məcburiyyətində qalacaq, bu da onu həm kədərlənəcək, həm də hirsləndirəcəkdi”x9d xa0xatirələri filmin çəkilişi barədə maraqlı informasiyalarla zəngindir. Belə ki, Tarık Akanın oynadığı Seyid Əlinin ayağının sınması səbəbindən güllələdiyi atın qarnına əllərini soxmaqla şaxtadan qorunması kimi naturalizmə çəkən epizodun ssenaridən gəldiyinin vurğulanması Yılmaz Güneyin mühitün mənzərəsini yaradan ən xırda məqamlarına belə önəm vediyini təsdiqləyir. Digər tərəfdən atı öldürməklə əmisinin yaradıcılıq kredosunu kortəbii şəkildə qoruyan qardaşı oğlu xa0ilkin ədəbi materiala təəssübkeşliyi səciyyələndirir. Son cümlə isə həbsxanada olsa belə Yılmaz Güneyin çəkiliş prosesini nəzarətində saxladığının təsdiqinə çevrilir. Və əlbəttə ki, müəllif kinosunun göstəricisinə çevrilən bu məqam çəkilişləri həyata keçirən Şərif Görənin əməyinə kölgə salmır. xa0

Yılmaz Güneyin xa0yarıaçıq İmralı həbsxanasında yazdığı, ilkin adı “Bayram”x9d olub evə bir həftəlik buraxılan on məhbusun tarixçəsindən bəhs edən bu ssenariyə Şərif Görəndən xa0əvvəl quruluş verən rejissor Erden Lıralın 17 gün ərzində 4 min metrlik işçi materialının çəkilişlərini də apardığı məlumdur. Həbsxanadan yeni çıxmaqla artıq “Yol”x9d adlandırılan bu filmə yenidən quruluş verən Şərif Görənin əsas personajların sayını altıya endirməsi strukturun dramaturji baxımdan səfərbərliyinə imkan yaradır. Beynəlxalq Kann kinofestivalının direktoru Gilles Jakobun təkidi ilə 15 dəqiqəsi ixtisar olunmaqla altıncı - əyyaş, qumarbaz personajı ilə bağlı epizodu ixtisar edilən “Yol”x9dun “Qızıl palma budağı”x9dnı yunanıstanlı Kosta Qavrasın “İtgin”x9d filmi ilə bölüşdürməsi ilə (1982) Şərif Görənlə Yılmaz Güney neorealizminin bədii dəyəri təsdiqləndi. Türkiyədə nümayişinə 17 il xa0qadağa qoyulan “Yol”x9d filminin nəhayət ki, xa0ekranlara çıxması ölkədə demokratizmin qalibiyyətini səciyyələndirir.

Aydın Dadaşov,
filologiya elmləri doktoru, professor
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO