Neftin qiyməti ucuzlaşır

Neftin qiyməti ucuzlaşır

Hazırda oxunan: Neftin qiyməti ucuzlaşır
608567
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ ilə İran arasında aparılan sülh danışıqları ətrafında qeyri-müəyyənlik fonunda dünya bazarında neftin qiyməti aşağı düşür.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Ticarətə başlanıldıqdan sonra Brent markalı neftin qiyməti 0,3 faiz azalaraq bir barel üçün 98,20 dollara enib. West Texas Intermediate markalı neft isə 0,5 faiz ucuzlaşaraq 89,21 dollar olub.
 

Qeyd edək ki, iki həftəlik atəşkəsin müddəti çərşənbə günü başa çatmalı idi. Bu fonda ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti daxilində “ciddi parçalanma” var və Pakistan Tehrana razılaşma üçün daha çox vaxt verilməsini istədikdən sonra Vaşinqton yeni hücumlardan çəkinəcək.


Məlumata görə, ABŞ tərəfindən danışıqlara rəhbərlik edən vitse-prezident Cey Di Vensin çərşənbə axşamı İslamabada yola düşəcəyi gözlənilirdi. Lakin Ağ Ev sonradan bu qərarın ləğv edildiyini açıqlayıb.

BBC-yə açıqlama verən İran Xarici İşlər Nazirliyinin nümayəndəsi isə bildirib ki, Tehran hələ ABŞ-la danışıqlar üçün Pakistana nümayəndə heyəti göndərib-göndərməmək barədə yekun qərar verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO