İki güləşçimiz Avropa çempionatında bürünc medal QAZANDI

İki güləşçimiz Avropa çempionatında bürünc medal QAZANDI

Hazırda oxunan: İki güləşçimiz Avropa çempionatında bürünc medal QAZANDI
608584
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, ikinci yarış günündə 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

Rəşad Məmmədov türkiyəli Ömər Rəcəplə tam üstünlüklə (8:0) qalib gələrək bürünc medalı boynundan asıb.
 

İslam Abbasov (87 kq) da eyni nəticəni təkrarlayıb. Təcrübəli güləşçimiz həlledici qarşılaşmada türkiyəli Doğan Kayanı üstələyib – 5:1. Bununla da İslam böyüklər arasında Avropa çempionatlarında qazandığı medalların sayını beşə (1 gümüş, 4 bürünc) çatdırıb.


Beka Kandelaki (130 kq) üçüncülük uğrunda qarşılaşmada ukraynalı Mixaylo Vişnivetskiyə 1:3 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO