Gözü dönən kişi balta ilə arvadına hücum etdi - Tükürpərdən hadisənin TƏFƏRRÜATI - VİDEO

Gözü dönən kişi balta ilə arvadına hücum etdi - Tükürpərdən hadisənin TƏFƏRRÜATI - VİDEO

Hazırda oxunan: Gözü dönən kişi balta ilə arvadına hücum etdi - Tükürpərdən hadisənin TƏFƏRRÜATI - VİDEO
608557
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə ailə münaqişəsi qanla nəticələnib.

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, hadisə aprelin 20-si axşam saatlarında qeydə alınıb.

Şəhər sakini, 41 yaşlı Sevda Cəfərova ailə-məişət münaqişəsi zamanı kəsici alətlə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ona xəsarət yetirməkdə həyat yoldaşı təqsirli bilinir. Bildirilir ki, kişi həyat yoldaşına balta ilə zərbələr endirib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 1985-ci il təvəllüdlü qadın Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona baş, boyun və çiyin nahiyələrinin kəsilmiş yaraları diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 45 yaşlı Zöhrab Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videoda:


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO