Elmdə sensasiya: Ana bətnindəki körpə oxudu  - VİDEO /FOTO

Elmdə sensasiya: Ana bətnindəki körpə oxudu - VİDEO /FOTO

Hazırda oxunan: Elmdə sensasiya: Ana bətnindəki körpə oxudu - VİDEO /FOTO
99682
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
İspan alimlər fenomenal araşdırma aparıblar. Onlar müəyyənləşdiriblər ki, ana bətnindəki körpə 14 həftəliyindən etibarən səsləri duymaqla yanaşı, musiqini də ayırd edə bilir.
Milli.az European-a istinadən bildirir ki, İspaniyanın Barselona şəhərindəki Markes İnstitutunda aparılan araşdırmada könüllülər qismində hamiləliyin 14-39-cu həftələrində olan qadınlar iştirak ediblər.
Onların olduqları otaqda musiqi səslənib. Bu zaman xanımlar növbə ilə, ayrı-ayrılıqda ultrasəs müayinəsinə məruz qalıblar.
Məlum olub ki, hamilə qadınların 87 faizinin bətnindəki körpələr musiqi səsini eşidir, musiqiyə reaksiya verirlər.
Üstəlik, bir neçə körpə musiqini eşidəndə oxumağa başlayıb.
Araşdırmaya başçılıq etmiş professor Mariza Lopes-Teyhonun dediyinə görə, bətndəki körpələr dodaqlarını və dillərini tərpədiblər, sanki oxumağa çalışıblar.
"Daha sonra abdominal üsulla bətndəki körpəyə səsi çatdırdıq. Hamiləliyin 16-cı həftəsindən sonra qadınların bətnlərindəki körpələrin musiqini ayırd etdiklərini artıq dəqiqləşdirdik", - professor söyləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO