Moderator.az-ın verdiyi xəbərə görə, "Region TV"də yayımlanan "Çəkən var" verilişi yenə bir-birindən məzəli və maraqlı sujetləri ilə tamaşaçıları sevindirib.
Sujetlərin birində, ssenariyə əsasən, gənc xanım (verilişin aktrisası) yoldan keçən şəhər sakinlərinə yaxınlaşıb, getmək istədiyi ünvanın yerini soruşur, onlardan kömək istəyir. Bir neçə saniyə sonra, gənc bir oğlan (verilişin aktoyoru) qızın əlindəki çantanı qapıb qaçır. Gənc xanıma kömək etmək istəyənlər "oğru"nun arxasınca qaçırlar. Ardınca düşdükləri vəziyyət isə onları heyrətə salır.
Bütün bunların bir zarafat və çəkiliş olduğundan xəbərsiz şəhər sakinləri nə baş verdiyini anlamağa çalışır, hər şey aydınlaşdıqdan sonra isə təbəssümlərini gizlədə bilmirlər.
Həmin maraqlı sujeti sizə təqdim edirik.
































































































