2020-ci ildə bizi internetə 4 qurğu birləşdirəcək

2020-ci ildə bizi internetə 4 qurğu birləşdirəcək

Hazırda oxunan: 2020-ci ildə bizi internetə 4 qurğu birləşdirəcək

60110
2014-cü ilin sonunda dünyada internetə qoşulmuş 12 milyard qurğudan istifadə olunacaq.
 
Bu, Yer kürəsi əhalisinin hər birinə nisbətdə 1,7 qurğu deməkdir. Bu barədə “Strategy Analytics” analitik şirkətinin hesabatında deyilir. Şirkətin proqnozuna görə, 2020-ci ildə bu göstərici 33 milyard qurğuyadək və ya planet əhalisinin hər biri üçün 4,3 internet qurğusunadək artacaq.
 

Analitiklərin fikrincə, daha çox artım “Əşyalar interneti”ndə - insan müdaxiləsi olmadan işləyən ötürücülər (М2М) seqmentində qeydə alınacaq. Yayılmasına görə ikinci və üçüncü yerdə smartfonlar və “ağıllı” ev qurğuları qərarlaşacaq. “Strategy Analytics” qeyd edib ki, internetə fərdi kompüter, smartfon və planşet kimi qoşulan ənənəvi qurğu növləri internet qurğularının ümumi həcminin üçdə bir hissəsini təşkil edəcək.

 
“Hələ 2007-ci ildə internet qurğularının üçdə iki hissəsi fərdi kompüterlərin payına düşürdü, hazırda isə bu göstərici 10 faizə bərabərdir”, - “Strategy Analytics”in baş analitiki Devid Merser qeyd edib. 

 
Ekspertlərin qənaətinə görə, 2020-ci ilədək olan dövrdə bazara 17,6 milyard yeni kateqoriyalı internet qurğusu çıxarılacaq. Artan “Əşyalar interneti” seqmenti “М2М”-in, intellektual obyektlərin, şəbəkə və şəhərlərin inkişafına əhəmiyyətli təsir göstərəcək.  
 

“Əşyalar interneti”nə artıq beş milyard qurğu qoşulub və biz bu inqilabın yalnız başlanğıcındayıq. “Ağıllı” şəhərlər və intellektual şəbəkələr “Əşyalar interneti” vasitəsilə yaxın illər və onilliklər ərzində hamının həyatına təsir göstərəcək iki üsuldur”, - şirkətin icraçı direktoru Endryu Braun vurğulayıb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO