Jirinovskinin maşınını əzdilər...

Jirinovskinin maşınını əzdilər...

Hazırda oxunan: Jirinovskinin maşınını əzdilər...

56894
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Ukraynada yığma qoşun döyüşçülərinə hədiyyə etdiyi "Tiqr" zirehli avtomobili yol-nəqliyyat hadisəsində əzilib.

ANS PRESS-in məlumatına görə, möhkəm əzilmiş maşının şəkli sosial şəbəkələrdə yayılıb.

Zirehli avtomobil döyüşdə vurulmayıb. Təxmin edilir ki, maşın istismarın gedişatında zədələr alıb. Zirehli avtomobil əvvəlki kimi hərəkət edir və rusiya meyilli separatçıların xidmətindədir.

Daha əvvəl bildirildiyi kimi, Jirinovski 2014-cü il may ayında separatçı Luqansk Xalq respublikasına hərbi avtomobil hədiyyə edib. Maşın xüsusi metaldan hazırlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO