Bu necə eşşəkdir ki, 2 dəvə qiymətinə ola...?

Bu necə eşşəkdir ki, 2 dəvə qiymətinə ola...?

Hazırda oxunan: Bu necə eşşəkdir ki, 2 dəvə qiymətinə ola...?

56418
Hər şey bir tərəfə, bizimkilərin eşşək sövdəsini ( siz sevdası kimi də oxuya bilərsiniz) hələ də anlaya bilmirəm. Necə olur ki, 34 eşşəyə 98 min manat verirlər? Yaxşı, deyək ki, bu eşşəklər safqanlıdırlar, bizim 50 manatlıq milli eşşəklərin tayı deyillər. İranlıların sözü olmasın, xeyli xub. Bəs, o necə olur ki, 34 eşşəyə 98 min manat xərcləyən Azərbaycan hökuməti 16 dəvə üçün sadəcə 21 min manatından (Mənbə-Statistika Komitəsi) keçir? Yəni, bir eşşəyin qiyməti 2882, bir dəvənin qiyməti isə 1312 manata düşür...? 
Müqayisə etsək belə çıxır ki, eşşək dəvədən 2.2 dəfə bahadır. Bax elə bu məqamda adamı fikir bürüyür- əcəba, bu necə eşşəkdir ki, 2 dəvə+1 köşək qiymətinə ola? Yaxud bu necə dəvədir ki, eşşəyin ayağının tozu ola bilməyə? Vallah-billiah, bu, dəvənin ovsarını eşşəyin quyruğuna bağlamaqdan daha böyük qəbahətdir...
Anlamadığım bir başqa mətləb də var. Məlumata görə dəvələri də eşşəklər kimi Rusiyadan idxal ediblər. Eşşəyi yenə başa düşmək olar. Rusiyada bu nəcib heyvan itinə tök qədər boldur. Bəs dəvə? Rusiya hara, dəvə hara...?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO