
- A-
- A
- A+
Şeyx 8 milyonluq maşın aldı ”“ FOTO, VİDEO
Dubayda ərəb şeyxlərindən biri özünə lüks avtobus alıb. Şəhər küçələrində hərəkət edəcək bu avtomobili "Super Bus" adlandırırlar.
"The Daily Mail" xəbər verir ki, 23 sərnişin yeri olan qeyri-adi maşın Hollandiyada, Delft Texnologiya Universitetində yaradılıb. Yaradıcı qrupa hollandlar arasında ilk dəfə kosmosda olan, 1985-ci ildə orbitə çıxmış professor Ubbo Oskels rəhbərlik edib. Avtobusu yaradan qrupda "Formula-1" avtoçempionatının aerodinamika üzrə mütəxəssisləri də vardı.
"Super Lamborgini"yə bənzəyən tünd-göy rəngli super avtobus 250 km/saat sürətlə hərəkət edə bilir. Maşının dəyəri 8,2 milyon avrodur. Uzunu 15 metr, eni 2,5 metr, hündürlüyü isə 1,65 metr olan maşın Dubayla Əbu-Dabi arasındakı 120 kilometrlik məsafəni yarım saatdan da az vaxta qət edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































