Bu dünyadan sonra hansısa dünya və insanlar yaradılacaqmı?

Bu dünyadan sonra hansısa dünya və insanlar yaradılacaqmı?

Hazırda oxunan: Bu dünyadan sonra hansısa dünya və insanlar yaradılacaqmı?

259582

Bu dünyadan sonra başqa dünyanın xəlq olması ona bənzəyir ki, mahir rəssam başqa bir gözəl şəkil çəkər və çəkdiyi bu şəkil gözəllikdə heç də o biri şəkillərdən geri qalmaz.

xa0


Əgər Qurani-Kərimə və Məsumların (ə) buyuruşlarına nəzər salsaq, görərik ki, Allah Təala Qiyamətdən sonra yeni dünya və yeni insanlar xəlq edəcəyinə işarə etmişdir. Ona görə də insan gərək cahillik edib lovğalanmasın ki, yer üzərində xəlq olunan ən üstün varlıqdır.

xa0


Məsumlar (ə) Allahın izni ilə elə şeyləri bilirlər ki, insanlardan heç biri ondan xəbərdar deyildir. (İslami saytlara istinadən)

xa0


Quran açıq şəkildə bu haqda bir şey deməmişdir, sadəcə bəzi ayələrində işarə etmişdir.xa0“Məgər Bizxa0(varlıq aləminin)xa0ilk yaradılış(ın)da aciz qalmışıqxa0(ki, onların yenidən qaytarılmalarında da aciz qalaq)?!

(Onlar ilk yaradılışı inkar etmirlər,)xa0əksinə yeni yaradılış barəsində səhvdədirlər”. (“Qaf” 15).

xa0


Ancaq Məsumların (ə) bəzisi bu haqda aşkar şəkildə məlumat vermişdilər ki, onlar İmam Baqir (ə) və İmam Sadiqdir (ə).

xa0


Bu İmamlara (ə) yuxarıdakı ayə ilə bağlı sual verirlər və İmam (ə) buyurur:xa0“Nə zaman bu aləm ləğv olunacaq, behiştlilər behiştə, cəhənnəmlilər cəhənnəmə gedəcəkdir, Allah yenidən bu dünyadan qeyri bir dünya xəlq edəcəkdir. İnsanları ata və anasından doğulmadan dünyaya gətirəcəkdir. Onlar üçün bu yerdən qeyri yeri və bu səmadan qeyri səmanı xəlq edəcəkdir.

Məbada fikirləşəsiniz ki, Allah ancaq bu insanlar və bu dünyanı xəlq etmişdir? Xeyr, belə deyildir. Allah indiki dünyadan əvvəl minlər-minlər dünya, minlər-minlər insan xəlq etmişdir. Mövcud olan bu nəsil onların hamısından sonra xəlq olunmuşdur”.

xa0


/Deyerler.org/


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO