Həm psixoloji, həm də fizioloji baxımdan seks insan üçün əvəz olunmazdır. Seksi qadınlar və kişilər fərqli düşünürlər. Amma mütəxəssislər düşünür ki, bu fərqi çox da şişirtmək lazım deyil.xa0
Məşhur bir İtaliya məsəlində deyilir ki: "Seks pizza yemək kimidir. Dadsız və soyuq olduqda belə ləzzətli hesab edilə bilər".
Cinsi əlaqə hər iki tərəf üçün xoş və faydalıdır. Alimlərin araşdırmasına görə seks zamanı qan dövranı yaxşılaşır. İnsan stresdən çıxır.
Yetkinlik yaşına çatan kişilər seksdən sonra fiziki baxımdan güclənir. Qadınlarda isə dərinin təravətli qalması üçün seks önəmlidir. Adətən qadınların dərilərindəki sızanaqlar və ləkələr bundan sonra təmizlənir.
Seks həm də artıq kalorini azaltmağa kömək edir. 30 dəqiqə ərzində 85 kalori azaltmaq mümkündür. Cinsi əlaqə zamanı xərçəng toxumaları da məhv olur. Bu da insanda xərçəng riskini aradan qaldırır. Normal cinsi həyat yaşayan insanlarda xərçəng riski 5 faizdən də azdır.
Cinsi əlaqədən sonra qidalanmaq və yatmaq itirilən enerjinin bərpasına, eləcə də insanın daha şux görünməsinə əvəzolunmaz kömək edir. İnsanlarda yuxusuzluq problemi də aradan qalxır. Normal cinsi əlaqədə olan insanlar sağlam və daha çox yaşayırlar.

































































































