Elçibəyin İbn Sinanın 1000 illiyinə həsr etdiyi məqalə Türkiyə mətbuatında  -

Elçibəyin İbn Sinanın 1000 illiyinə həsr etdiyi məqalə Türkiyə mətbuatında - "Şərqin böyük təbibi"

Hazırda oxunan: Elçibəyin İbn Sinanın 1000 illiyinə həsr etdiyi məqalə Türkiyə mətbuatında - "Şərqin böyük təbibi"
182454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moderator.az xəbər verir ki, Ankarada nəşr olunan "Bilim ve ütopya" jurnalının iyun nömrəsində Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti, tanınmış şərqşünas alim, mərhum xa0Əbülfəz Elçibəyin "Şərqin böyük təbibi" adlı 22 səhifəlik məqaləsi nəşr olunub.xa0

Əbülfəz Elçibəyin Şərqin böyük təbibi və filosofu İbn Sinanın anadan olmasının 1000 illiyi münasibətiylə yazdığı "Şərqin böyük təbibi" məqaləsi ilk dəfə 1979-cu ildə Bakıda "Azərbaycan" jurnalının dekabr nömrəsində çap edilib.xa0

Yazını Türkiyə Türkcəsinə Türkiyədə yaşayan həmyerlimiz, filologiya elmləri namizədi Mayis Əlizadə tərcümə edib.xa0

Qeyd edək ki, "Şərqin böyük təbibi" adlı yazı Əbülfəz Elçibəyin həbsdən çıxandan sonra çap edilən ilk məqaləsi olub. Milli düşüncələrinə görə 1975-ci ildə həbs edilən Elçibəy 1977-ci ildə həbsdən çıxandan sonra Bakı Dövlət Universitetindəki müəllimlik fəaliyyətini davam etdirə bilməyib. Əlyazmalar İnstitutunun direktoru Cahangir Qəhrəmanovun təşəbbüsü ilə İnstitita elmi işçi vəzifəsinə qəbul edilən Əbülfəz Elçibəy bir neçə ildən sonra "Şərqin böyük təbibi" adlı elmi məqaləsini çap etdirə bilib.xa0


Moderator.az-a açıqlama verən "Bilim ve ütopya" dərgisinin baş redaktoru Əmrah Maraşo gördükləri nəcib işlə bağlı bunları deyib:xa0

“Məqalə bizə daxil olandan sonra bu sahədə tanınmış bir alimə rəy almaq üçün göndərdik. Alim qısa müddətdə məqaləni oxuyaraq yüksək fikir bildirdi. Və biz yubanmadan məqaləni iyun nömrəmizə daxil etdik. Məqalə çap ediləndən sonra Türkiyənin elmi dairələrindən çox gözəl reaksiyalar aldıq. Azərbaycanın görkəmli elm və siyasət adamlarının, ictimai xadimlərinin yazılarını bundan sonra da çap etməyə hazırıq”x9d.

Moderator.az-a daxil olan digər məlumata görə, Türkiyənin ədəbiyyat jurnallarından biri də yaxın vaxtlarda Əbülfəz Elçibəyin 1981-ci ildə yazdığı və böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şərhiyarın "Heydərbabaya salam" poemasına həsr etdiyi "Haqqın da bükülməz qolu, dönməz üzü vardır"- adlı məqaləsini çap edəcək. Sözügedən məqalə Bakıda "Azərbaycan" jurnalının 1981-ci il fevral nömrəsində çap edilib.

Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO