
- A-
- A
- A+
Maraqlı
15:25 / 28.07.2016
2 dəq oxunma
Peyğəmbər(s) qadağasının pozulması xərçəng yaradır - TƏHLÜKƏ
Hazırda oxunan: Peyğəmbər(s) qadağasının pozulması xərçəng yaradır - TƏHLÜKƏ
145974
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Son vaxtlar dünyada və planetin bir parçası olan Azərbaycanda da bədənə əcaib formalı və müxtəlif döymələr(tatu, “nakolka”x9d) döydürmək dəbi genişlənməkdədir. Tibb alimləri sübut ediblər ki, döymələrdə istifadə olunan kimyəvi tərkibli rənglər dəridə xərçəng xəstəliyi yarada bilər.
Moderator.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Helsinkidə yerləşən Avropa Kimya Agentliyi bu nəticəyə bədənində döymə daşıyanlar üzərində bir neçə il aparılmış tədqiqatlar sayəsində gəlib.

İslam normalarına görə, döymə haram və qadağandır. Çünki hələ 14 əsr öncə Allahın rəsulu Məhəmməd əleyhissəlam bəzi hədislərində öz bədənlərinə döymə vurduranları və bu işi görənləri lənətləmiş, insanlara bu mənasız adəti qadağan etmişdir. Bu gün də mütəxəssislər müəyyən ediblər ki, tatuların vurulması üçün işlədilən boyalar tam toksik, yəni zəhərli olduğundan allergiyadan tutmuş xərçəngədək bir çox xəstəliklər törədə bilər. Ən zəhərli isə qırmızı boyalar sayılır. Onun ardınca göy, yaşıl və qara rəngli boyalar gəlir. Hələ 2013-cü ildə İngiltərənin Bredford universiteti əməkdaşları sözügedən rəngləyicilərin tərkibində insan bədənindəki əsas zülal olan kollageni parçalayan çoxlu toksinlərin olduğunu sübut ediblər. Kimya Agentliyi tezliklə döymələrdə işlənən boyaların tərkibindəki şübhəli komponentlərin siyahısını dərc edəcək.
Qərb mütəxəssisləri döymə məsələsi ilə təsadüfən maraqlanmayıblar. Təşəbbüs ingilis alimlərindən gəlib. Məsələ bundadır ki, dərinin altına yeridilən tatu rəngləyicilərinin hazırlandığı maddələr Britaniyada hələ də qanuna uyğun olaraq lisenziyalaşdırılmamışdır.
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































