İlk mumiyalar harada hazırlanıb? Ya da ilk piramidalar harada tikilib? Cavabınız yəqin ki, Misirdir.
Moderator.az heç vaxt oxumadığınız və eşitmədiyiniz bir məlumatı diqqətinizə çatdırır. Türk tarixinə aid yeni tapıntılar ortaya çıxıb. Çinin Xian şəhərindən 100 km-lik məsafədə yerləşən Qin Ling Şan Dağlarında qədim türk qəbilələri tərəfindən inşa edilən 300 metr yüksəklikdə 100 piramida var.

İlk dəfə 1957 - ci ildə aşkar edilən Çinin Şensi bölgəsindəki piramidalarda aparılan araşdırma zamanı türk tarixinin yeni nümunəsiə rast gəlinib. 1994 -ci ildə alim Hartvig Hausdof, özünün çəkdiyi kadrların bir neçəsinin nəşr olunmasına icazə verdi və bu fotoşəkillərdə türk tarixinə aid yeni faktlar ortaya çıxdı. E.ə. 2500-ci illərdə inşa edildiyi düşünülən piramidaların olduğu bölgə Çin tərəfindən qadağan olunmuş bölgə hesab olunur.xa0

Piramidaların içində yüksək texnika ilə mumiyalanmış şəxslər olduğu deyilir. Həmçinin piramidaların içindəki qədim türkcə kitabələr üzərində də araşdırma başladılıb. Piramidaların yüksəkliyi və şəkli etibarilə maraq çəkməmələri üçün Çin hökuməti tərəfindən gizlədildiyi də iddia edilir.xa0

Bir başqa iddiaya görə bu piramidaların içində Urumçi mumiyaları adı verilən türk mumiyalar var. Birincisinin 44 yaşında olduğu iddia edilən mumiyanın tam 3000 il yaşı var. Lolan adı verilən bir başqa mumiya isə ən yaşlı qadın mumiyasıdır və 1600 yaşı var. Bu mumiyaların Misir mumiyalarına nəzərən çox daha yaxşı və inkişaf etmiş texnologiyada hazırlandığı söylənilir. Həmçinin mumiyalar üzərində əməliyyat izlərinin də olduğu və tikişlərin at tükü ilə edildiyi qənaətinə gəlinir.
Mehman Nəbiyev



































































































