“Cəhalət halal, baş kəsmək halal, insanların ölümünə səbəb olan savaş halal...”x9d

“Cəhalət halal, baş kəsmək halal, insanların ölümünə səbəb olan savaş halal...”x9d

Hazırda oxunan: “Cəhalət halal, baş kəsmək halal, insanların ölümünə səbəb olan savaş halal...”x9d

117392
Hər gün bir-iki oyun şahmat oynayırdıq, onu da haram çıxartdılar. Belə anlayıram ki, İslamda ən böyük haram- gerizəkalılıqdır, çağın gerisində qalmaqdır. Şəkil haram, musiqi haram, şahmat haram, dünyəvi təhsil haram, cəhalət halal, baş kəsmək halal, mənasız yerə insanların ölümünə səbəb olan savaş halal... 

Müasir dövrdə insan intellektini təkmilləşdirən ən ciddi oyuna haram damğası vurmaq əslində insanın düşünmə qabiliyyətinə vurulmuş bir zərbədir. Nə olardı Allahım, bir gün heç olmazsa bu adamlar bir fətva verərdiler ki, öz övladına təhsil verməyən valideynlərin yeri cəhənnəmlikdir, elə sevinərdim ki... 

Sənin şahmatla nə işin var, bədbaxt müsəlmanın öndə gələni. Ötən ay xaricdə çox sayda azərbaycanlılarla bir yerdəydim, şahmat bacarmırdılar, hamısı nərd oynayırdı. Düşünmək lazım gelən yerdən onsuz da uzaq dururuq, indi bu gerilikçinin fətvasını eşidib, ümumiyyətlə şahmata yaxın durmayacağıq.

Fazil Mustafa, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO