
- A-
- A
- A+
Xalq artisti Tünzalə Ağayeva ABŞ-ın dövlət himnini ifa edib - VİDEO
Bizim.Media xəbər verir ki, o, “Star -Spangled Banner“i ifa etdiyi zaman çəkilən görüntüsünü İnstagram səhifəsində yayımlayıb.
İfaçı ABŞ-ın məşhur müğənnisi Lady Gaga ilə öz ifasının müqayisəli videosunu izləyiciləri ilə bölüşüb.
O, yayımladığı postu bu sözlərlə şərh edib:
“Sevdiyim və İfa etdiyim 3 dövlət himni var: İlk Ana Azərbaycanımızın dövlət himni, 2- ci qardaş Türkiyəmizin İstiqlal Marşı, 3- cü ABŞ Dövlət Himni “Star -Spangled Banner “. Lady Gaganın öz Dövlət Himnini oxumağı səsinə , tərzinə yaraşdı. Mən bu himni zəngin harmoniyasına və gözəl melodiyasına görə sevirəm və 5 il öncə Bakıdakı ABŞ Səfirinin dəvəti ilə ifa etmişəm”.
Xatırladaq ki, hazırda Xalq artisti Rəsul Rzanın sözlərinə bəstələdiyi “Şuşam mənim” mahnısını izləyicilərinə təqdim etməyə hazırlaşır.
Vüsalə Balayeva, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































