
- A-
- A
- A+
"Toppuş bacı"nın ölüm xəbəri yayıldı - Canlı yayım açıb TƏKZİB ETDİ - VİDEO
Sosial şəbəkələrdə "Toppuş bacı" ləqəbi ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın xərçəngdən dünyasını dəyişdiyi ilə bağlı xəbərlər yayılıb.
Bizim.Media xəbər verir ki, yayılan ölüm xəbərin ardından aktrisa sosial şəbəkə hesabında canlı yayım açaraq, məsələyə münasibət bildirib.
"Gördüyünüz kimi sağ-salamatam. Narahat olan insanlar üçün narahat oldum. Mənə heç nə olmayıb. Ölüm də gələndə gələcək. Biz nə edə bilərik? Ölümə çarə yoxdur. Ayaqdayam və hələki sağam. Bu xəbərdən ailəm, dostlarım və məni sevən tamaşaçılarım çox narahatçılıq keçirdi" - deyə, T.Əliyeva bildirib.
Qeyd edək ki, Tünzalə Əliyeva bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində yenidən kimyaterapiya qəbul etdiyini, xərçəng şişinin daxili orqanlarına - ağciyər, qaraciyər və sümüyə belə yayıldığını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































