Vasifin üzrxahlığını Şəbnəm başına qaxdı:

Vasifin üzrxahlığını Şəbnəm başına qaxdı: "O artıq mənim üçün yoxdur" - VİDEO

Hazırda oxunan: Vasifin üzrxahlığını Şəbnəm başına qaxdı: "O artıq mənim üçün yoxdur" - VİDEO
81625
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir müddət əvvəl Əməkdar artist Vasif Məhərrəmlinin “Şourum” maqazin verilişində qalmaqal yaşadığı xanım həmkarı Şəbnəm Qəhrəmanovadan işlətdiyi xoşaqəlməz ifadələrə görə üzr istəməsinə qarşı tərəfdən reaksiya gəlib. 

Bizim.Media xəbər verir ki, Şəbnəm qonaq olduğu “Nahara az qala” verilişində Vasifə cavab verib. 

İfaçı Əməkdar artisti bundan sonra tanımaq istəmədiyini söyləyərək, onun üzrxahlığını ayaqlar altına atıb. 
 
“Həmin video “TikTok”da yayılmışdı. Mənə göndərdilər, dedim ki, bu mövzudan gözüm su içmir. Bu mövzunu bağlamışam. O insan artıq mənim üçün yoxdur və mən onu tanımıram”. 
Qeyd edək ki, müğənni Ş.Qəhrəmanovanın illər əvvəl "Lider mən" verilişində Əməkdar artist Vasif Məhərrəmlini xəsis adlandırması və qarşı tərəfin cavab olaraq "Ailəli deyilsən, amma uşağın var. Bəs bu uşağın atası kimdir?" cavabı ikili arasında böyük qalmaqala səbəb olmuşdu. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO