Mahsun Kırmızıgül, Gülben Ergen və Elçin Sangu da istintaqa çağırıldı

Mahsun Kırmızıgül, Gülben Ergen və Elçin Sangu da istintaqa çağırıldı

Hazırda oxunan: Mahsun Kırmızıgül, Gülben Ergen və Elçin Sangu da istintaqa çağırıldı
627745
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə "Ahbaplar Suç Örgütü" adı altında aparılan istintaq çərçivəsində daha bir qrup tanınmış ictimai xadim ifadə verməyə çağırılıb.

Bizim.Media xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində jurnalist Uğur Dündar, müğənni və rejissor Mahsun Kırmızıgül, müğənni və aktrisa Gülben Ergen, aktrisa Elçin Sangu və rok ifaçısı Hayko Cepkin prokurorluğa dəvət olunublar.

Hazırda onların hansı statusda – şahid, məlumat sahibi və ya digər prosessual qismdə ifadə verəcəkləri açıqlanmayıb. İstintaqın detalları barədə rəsmi məlumat verilməyib.
 

Bundan əvvəl də eyni istintaq çərçivəsində aparıcı Öykü Serter, jurnalistlər Fatih Portakal, Fatih Altaylı, Ruşen Çakır, Özlem Gürses, teleaparıcı Ece Üner, musiqiçi Gökhan Özoğuz, aktyor Şahan Gökbakar və Hazal Kaya da daxil olmaqla bir sıra tanınmış şəxslər ifadəyə çağırılmışdılar.


Qeyd edək ki, "Ahbap" təşkilatı 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra genişmiqyaslı yardım kampaniyaları həyata keçirmiş və yüzlərlə tanınmış şəxs bu fonda maliyyə dəstəyi göstərmişdi. Sosial şəbəkələrdə yayılan məlumatlarda həmin ianələri edən məşhurların siyahısı dərc edilsə də, onların hamısının istintaq predmeti olduğu barədə rəsmi təsdiq yoxdur.

İstintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO