Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO

Hazırda oxunan: Brilliant Dadaşova: “Hadisəni müğənni hesab etmirəm” - EKSKLÜZİV/VİDEO
606942
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti Brilliant Dadaşova müğənni Hadise ilə bağlı fikirlərinə aydınlıq gətirib.

Bizim.Media-nın məlumatına görə, bu barədə sənətçi TikTok-un canlı yayımında danışıb.

Dadaşova deyib ki, Hadisenin azərbaycanlı xanımlarla bağlı çıxışında “abartı” sözü xoşuna gəlməyib:

“Onlarda “abartma” sözü həddini aşma mənasındadır, yaxşı söz deyil. Onun “abartı” sözü xoşuma gəlmədi. Yoxsa gedin konsertinə, izləyin, istəyirsiz o sizi yesin, ya da siz onu yeyin. Mənim üçün fərqi yoxdur. Onsuz da onu müğənni hesab etmirəm.  Səhnədə qəşəngdir, qısa geyinir, oynayır. Oynamağına baxmaq olar, oxumaqdan söhbət gedə bilməz. Mən musiqiçiyəm, mənim üçün o oxumaq deyil. Necə ki, sizin öz fikrinizi demək ixtiyarınız var, mən də öz fikrimi bildirdim”.
 

Qeyd edək ki, Hadisə Bakı Konqres Mərkəzində baş tutan konsertində “Səhnə makiyajımı özüm edirəm. Bu gecə dedim ki, bir az çox edim. Azərbaycan qadınları makiyajı çox sevir. Çünki sizlərin makiyajına heyranam” fikirlərini səsləndirib.


B. Dadaşova isə sosial şəbəkədə bununla bağlı paylaşıma (@show_news) tənqidi şərh yazıb.

O,  "Artıq səhnələrdə musiqidən başqa hər şey müzakirə olunur" sözlərini yazıb. Müğənni onu tənqid edənlərə “Mən nə yazdığımı və onun əslində nə demək istədiyini çox gözəl bilirəm. Onlar özlərini az makiyajlı Avropa, bizi isə çox makiyajlı əyalət insanları hesab edirlər. Siz bunu yedinizsə, sizə nuş olsun" cavabını verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO