Müğənni Elnurdan ürəkağrıdan ETİRAF:

Müğənni Elnurdan ürəkağrıdan ETİRAF: "5 övladım oldu, qalmadı" - VİDEO

Hazırda oxunan: Müğənni Elnurdan ürəkağrıdan ETİRAF: "5 övladım oldu, qalmadı" - VİDEO
52109
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Dünyanı gəzdim, milyonlar tökdüm. Sadəcə bunun açıqlamasını bilmək üçün. Hər dəfə Allahla danışanda dua edirdim ki, mənim də ailəmdə övladım olsun. Atam, anam mürvətimi görsün”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Günün sədası" proqramında deyib. 

Bu günlərdə ata olan sənətçi yaşadığı çətinliklərdən bəhs edib:

"Allah qarşısında baş əyəndə, deyirdim ki, şükür, mənə ismətli ailə nəsib etdin, doğrultdun. Mənə ömrümün axırına kimi övlad verməsən belə çox xoşbəxtəm. Çünki istəyərək seçdiyim ömür yoldaşım var.

Dünyanı gəzib həkimlərə gedirdim. Azərbaycanda həkim yanına getmirdim. Çox üzr istəyirəm, 5-ə yaxın övladım olub, qalmayıb. Qismətdir, taledir.

Övladım dünyaya gələnə qədər də beşik almağa ürək etmirdim. Deyirdim, alaram, bu da boşa gedər. Amma bir həkim məni doğru yönəltdi. Cüzi bir problemdən 10 ildir əziyyət çəkirmişəm.

Milyonlar tökdüm, elə məqama gəldim ki... Pandemiyada müğənnilər çökdü. Dilə gətirmədim, amma o demək deyil məndə də vəziyyət normal idim. Həkimə zəng etdim ki, Allaha buraxdım".

Qeyd edək ki, 2011-ci ildə ailə həyatı quran Elnur bu ilin noyabrında ata olub. Müğənni övladına İnam adını verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO