Azər Axşam: “Ona dedim ki, bunu etsən, rollarını itirəcəksən”

Azər Axşam: “Ona dedim ki, bunu etsən, rollarını itirəcəksən”

Hazırda oxunan: Azər Axşam: “Ona dedim ki, bunu etsən, rollarını itirəcəksən”
234993
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Azər Axşam mərhum həmkarı Tünzalə Əliyeva ilə bağlı xatirələrindən söz açıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Retro Baku” proqramında danışıb.
 

Aktyor deyib ki, “Toppuş bacı” mədəkiçiltmə əməliyyatı etdirmək istədiyini deyəndə onu fikrindən daşındırmağa çalışıb:

“Əməliyyata getmək istədiyini deyəndə söylədim ki, nəyinə lazımdır? Sən belə sevilirsən, belə şirinsən. Dedim, bu, nədir hamı qarşısına məqsəd qoyub ki, arıqlamaq lazımdır. Arıq olmaq, yaxşı olmaq demək deyil. Dedim, lazım deyil, arıqlama. Qayıtdı ki, çox kökəm. Məsləhət verdim ki, pəhriz saxla, idman et, əməliyyat olunacaqsan, sonra yenə kökəlmə ehtimalın var. Bir ara pəhriz saxladı, çox arıqladı. Dedim, pəhriz ac qalmaq deyil, bunu normal dietoloqla edə bilərsən. Sonra ağlına qoydu ki, arıqlamalıdır. Dedim, sən bunu etsən, rollarını itirəcəksən. Çünki sən Toppuş bacı kimi rollar alırsan, o xarakter itəcək”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO