İtaliyalı modeli “Met Gala – 2024”dən QOVDULAR – SƏBƏB/VİDEO  

İtaliyalı modeli “Met Gala – 2024”dən QOVDULAR – SƏBƏB/VİDEO  

Hazırda oxunan: İtaliyalı modeli “Met Gala – 2024”dən QOVDULAR – SƏBƏB/VİDEO  

190831

İtaliyalı model Eucenio Kasnigini “Met Gala – 2024”dən qovublar. 

Bizim.Media xəbər verir ki, buna səbəb onun Kayli Cennerdən daha cəlbedici görünməsi və oradan çəkilən videolarının sosial şəbəkədə “trend” olması olub. 

Eucenio bu barədə “TikTok”da danışıb. Model bildirib ki, ikinci dəfədir ki, onu mötəbər tədbirə qonaqlar üçün köməkçi qismində dəvət olunur. Keçən il o, televiziya ulduzu Kayli Cenneri müşayiət edib və indi də eyni şeyi etməli olub, lakin tədbirdən cəmi iki gün əvvəl onun xidmətlərinə ehtiyac olmadığı barədə məlumat alıb. 
26 yaşlı gəncin sözlərinə görə, bu qərara səbəb Eucenio Kasnigininin “Met Gala 2023”dən foto və videolarının internetdə yayılması olub, o çox cəlbedici görünüb.

Eyni zamanda, italyalı model özü qeyd edib ki, o, sadəcə olaraq müqavilədə göstərilən bütün tələbləri yerinə yetirib, həmçinin Kayli Cennerlə səmimi və nəzakətlə ünsiyyət qurduğu üçün onunla işləməkdən məmnun olduğunu qeyd edib. 
 









Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO