Daha bir Ukraynalı məşhur Rusiya vətəndaşı oldu - FOTO

Daha bir Ukraynalı məşhur Rusiya vətəndaşı oldu - FOTO

Hazırda oxunan: Daha bir Ukraynalı məşhur Rusiya vətəndaşı oldu - FOTO
183367
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Odessada doğulub boya-başa çatan teleaparıcı Regina Todorenko Rusiya vətəndaşlığını qəbul edib.

Bizim.Media "Shot" teleqram kanalına istinadən xəbər verir ki, yeni pasport almağına səbəb Reginanın "Smash" qrupunun keçmiş solisti Vlad Topalovla ailə qurması və həmçinin Rusiyada davamlı yaşamasıı olub.

33 yaşlı Regina Todorenko 2018-ci ildən musiqiçi ilə evlidir və iki oğlu var.

Beş illik evliliyindən sonra aparıcı vətəndaşlıq üçün müraciət edib və bir gün əvvəl Rusiya Federasiyasının vətəndaşı kimi Rusiyada işləyə və vergi ödəyə bilməsi üçün Federal Vergi Xidmətində dəyişikliklər edib.

Qeyd edək ki, Ukraynalı aparıcı Regina Todorenko Rusiyada “Orel i reşka” səyahət şousunda iştirak etdikdən sonra, həmçinin "Instagram" sosial şəbəkə platformasında bloqun inkişafı və digər televiziya layihələrində iştirakı sayəsində populyarlıq qazanıb. 
Xüsusi hərbi əməliyyatın əvvəlində Todorenko sülhdən danışıb və əri və oğlu ilə Rusiya və Ukrayna bayraqlarının müşayiəti ilə çəkilmiş fotosunu dərc edib, lakin Rusiyada qalmağa üstünlük verib. Həmin ilin oktyabrında aparıcı Ukraynada sanksiyalara məruz qalıb.

Daha bir Ukraynalı məşhur Rusiya vətəndaşı oldu - FOTO - foto 1
Daha bir Ukraynalı məşhur Rusiya vətəndaşı oldu - FOTO - foto 2

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO