Efirə gələn müəllim Türkan Vəlizadəni AĞLATDI – VİDEO

Efirə gələn müəllim Türkan Vəlizadəni AĞLATDI – VİDEO

Hazırda oxunan: Efirə gələn müəllim Türkan Vəlizadəni AĞLATDI – VİDEO
183333
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən həftə doğum gününü qeyd edən müğənni Türkan Vəlizadəyə efirdə gözlənilməz sürpriz edilib.

Bizim.Media xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu “Qonaqcanlı” verilişində yaşanıb.

Belə ki, proqramın heyəti canlı yayıma Türkanın sinif rəhbəri Qumru Qarayevanı dəvət ediblər.

Müəlliməsinin adını eşidən, daha sonra onun özünü görən Vəlizadə qəhərlənərək göz yaşlarına qərq olub.

İkili səmimi şəkildə görüşərək qucaqlaşıblar. 

“Mən sizin “qoxunuzu” aldım, Qumru müəllimə. Nə yaxşı ki, varsınız. Mən onu tapa bilmirdim, nə yaxşı Qumru xanımı tapdınız. O çox gözəl müəllimə olub. Hər zaman məni sevib”, - deyə Türkan ağlayaraq hisslərini vurğulayıb.
Onun bu sözlərinə isə Qumru xanım “günlərin bir günü gördüm ki, Türkan televizorda çıxış edir. Heç ağlıma gəlməzdi. O, sinifdə əlaçı idi. Hazırlıqlara gedirdi. Türkan həkim olmaq istəyirdi. Türkan oxuyanda tez qaçıram televizorun qarşısına. Deyirdim ki, ay Türkan, sən belə istedada maliksən, bəs nə əcəb mən bunu bilməmişəm, görməmişəm. Türkan bir dəfə də olsun sinifdə mahnı oxumayıb” fikirlərini dilə gətirib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO