Təyyarədə uşağın ağlaması Sobçakı özündən çıxardı - VİDEO

Təyyarədə uşağın ağlaması Sobçakı özündən çıxardı - VİDEO

Hazırda oxunan: Təyyarədə uşağın ağlaması Sobçakı özündən çıxardı - VİDEO
154763
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın qalmaqallı telejurnalisti Kseniya Sobçak son paylaşımı ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, o, bir neçə gün əvvəl təyyarədə uçarkən uşağın dayanmadan ağlayaraq, qışqırmasına üsyan edərək, sosial şəbəkə hesabında videomüraciət yayımlayıb. 

“Beş saat ərzində təyyarədə mənim yanımda bir uşaq qışqırırdı. Əziz analar, kitab oxuyun... Buna az qala bir yaşından nəzarət etmək olar...”, - deyə Sobçak vurğulayıb.  

Kseniyanın bu gileyi isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Kimi bu məsələdə Sobçakı dəstəkləyib, kimi də əvvəlki kimi təyyarədə “siqaret çəkən” və “siqaret çəkməyən” sərnişinlər üçün ayrıca zonalar yaratmaq üçün yumoristik təşəbbüs səsləndirib. 
Digərləri telejurnalistin həddindən artıq bu məsələyə reaksiya verdiyini yazaraq, tənqid ediblər. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO