Bu il ata olan MƏŞHURLAR – FOTO  

Bu il ata olan MƏŞHURLAR – FOTO  

Hazırda oxunan: Bu il ata olan MƏŞHURLAR – FOTO  

111289

2022-ci ilin yola salıb, 2023-cü ili qarşılamağımıza sayılı günlər qalır. Bir il ərzində şou əhli oxudu-oynadı, dava salıb, savaşdı, çal-çağır qurub toy etdi, hər şeyin üstündən xətt çəkib boşandı. Bəzi şou nümayəndələri isə valideyn statusu qazandı. 

Bizim.Media bir göz qırpımında keçən pələng ilində ata olan məşhurların siyahısını təqdim edir:

Yola saldığımız il başlar-başlamaz Əməkdar artist Xəyyam Nisanovun üzünü güldürdü. Belə ki, fevralın ikisi müğənni üçüncü dəfə qız atası olub. Qeyd edək ki, Xəyyam 2017-ci ildə Nərmin adlı xanımla ailə qurub. Onun ilk övladı 2018-ci ildə dünyaya gəlib. Müğənninin ikinci qızı isə 2021-ci ilin fevralında anadan olub.

Məşhur aparıcı Fərid Rəsul da bu il ata olan məşhurlardandır. O, mart ayında dünyaya gələn oğluna öz adını verib. Qeyd edək ki, Fərid Rəsul 2020-ci ildə nikah bağlamışdı. Lakin aparıcının toyu pandemiya görə təxirə salınmışdı. Ötən ilin avqustunda isə cütlüyün toy məclisi baş tutub.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov isə ikinci dəfə qız atası olub.  

Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evli olan T.Rəcəbov avqustun 30-da dünyaya göz açan qızına Nika adını verib.  Qeyd edək ki, cütlük bu ilin yanvarında ailə həyatı qurub.  

Aparıcı Cavid Gül bu il adını ata olan məşhurlar sırasına əlavə edib. Televiziya ulduzunun qız övladı avqustun 30-u doğulub. Qeyd edək ki, Cavid Gül Nərgiz adlı xanımla ötən ilin iyulunda ailə qurub.   
Aktyor Azər Baxşəliyev bir neçə gün əvvəl xanımı Nigar Baxşəliyeva ilə birlikdə valideyn statusuna sahiblənib. Cütlüyün iki gün əvvəl Züleyxa adında qızı dünyaya gəlib.   

Rəşad Əliyev, Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO